Aprelin 11-də ictimai fəal Aytac Ağazadə “QHT işi” üzrə cinayət məsuliyyətinə cəlb edilib.

"Unikal" xəbər verir ki, bu gün onunla bağlı qiyabi həbs qərarının çıxarılması üçün məhkəməyə təqdimat verilib.

 Binəqədi rayon Məhkəməsinin qərarına əsasən A.Ağazadə barəsində 4 aylıq qiyabi həbs qərarı verilib.

A.Ağazadə ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində təxminən 85 min manat qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur.