Bu gün Misli Premyer Liqasının XXX turunun ikinci oyun günündə iki görüş keçiriləcək.

"Unikal" xəbər verir ki, "Turan Tovuz" klubu "Sabah"ı, "Sumqayıt" isə "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, turun son günündə "Kəpəz" klubu "Araz-Naxçıvan"la, "Neftçi" isə "Zirə" ilə üz-üzə gələcək.

12 aprel

Misli Premyer Liqası

XXX tur

Saat 17:00, "Turan Tovuz" - "Sabah";

Saat 19:15, "Sumqayıt" - "Şamaxı".