Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, Nihat Məmmədli (60 kiloqram) finalda serbiyalı Georgi Tibilovu, Həsrət Cəfərov (67 kiloqram) isə bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.
Bununla da N.Məmmədli ikinci, H.Cəfərov üçüncü dəfə Avropa çempionu adına sahib çıxıb.
Ülvi Qənizadə (72 kiloqram) isə Aleksandr Liavonçikə uduzaraq bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçiləri isə 1 gümüş və 1 bürünc medal qazanıblar. Qadınların yarışında isə Jalə Əliyeva (57 kiloqram) bürünc mükafata yiyələnib.
*** 20:17
Azərbaycanın daha bir yunan-Roma güləşçisi, Həsrət Cəfərov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.
Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.