Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonunun Günəşli kəndində baş verib. Belə ki, kənd sakinləri, 1980-ci il təvəllüdlü V.Hüseynov və həyat yoldaşı, 1991-ci il təvəllüdlü S.Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər, onların vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.

Tural Əhmədov