"Həbsxanadakı kameramda xoşbəxtəm".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan dünən ailəsinə göndərdiyi məktubda yazıb.
"Xoşbəxtlik bizim içimizdə başlayır və bitir. Xarici mühit heç bir rol oynamır. Mən həm Hind okeanındakı dəbdəbəli adada, sadəcə biz - ailəm və xidmət işçiləri olan bir adada xoşbəxt olmuşam, həm də buradakı kameramda xoşbəxtəm", - deyə o qeyd edib.
Vardanyan bildirib ki, o, həyatının fəlsəfəsini həbsxanada dərk edib: "Ömrüm boyu yeddi aksiomanı dərk etdim. Əsrlər boyu müdriklər, peyğəmbərlər bu fikirləri müxtəlif dillərdə, müxtəlif söz, rəmz, hərəkət və qayda-qanunlarla bizə dəfələrlə çatdırmağa çalışıblar. Mən onları 57 yaşımda başa düşdüm.
Bu gün üçün Allaha şükür etməliyik. Əsas odur ki, gündəlik həyatın və rutinin bu çılğın dünyasında pula, zövqlərə deyil, ruhunuza vaxt ayırın".
Ağarza Elçinoğlu