Sosial şəbəkələrdə Sumqayıtda yeniyetmə qızın döyülməsi ilə bağlı görüntülər yayılıb. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Unikal"a bildirib ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb.

“Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, görüntülərdə azyaşlı qız amansızcasına döyülüb. Həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.

Məlumatı ilk olaraq sumqayit24.az saytı yayıb.