ABŞ Dövlət Departamenti müxtəlif ölkələrə, o cümlədən Ermənistana xaricə yardım layihələri üçün ümumi məbləği 215 milyon dollar olan maliyyəni ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) məlumat yayıb.

"Katib Rubio Dövlət Departamentinin xarici yardımını nəzərdən keçirməyə davam edir, bu gün 215 milyon dollar dəyərində 139 dəyərsiz qrantı ləğv edir...", - deyə DOGE-nin X sosial media səhifəsində yazılıb.

Bildirilir ki, Ermənistan, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Qırğızıstan, Liviya, Mavritaniya, Moldova, Tunis, Özbəkistan və Şri-Lankada Dövlət Departamentinin müxtəlif proqramları üçün qrantlar kəsilib.

Fevralın 2-də ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) “ölməyə ehtiyacı olan” “cinayətkar təşkilat” adlandırıb. Ertəsi gün o, ABŞ prezidenti Donald Trampın agentliyin bağlanmasına razılıq verdiyini açıqlayıb.