Məşhur aktrisa Hande Erçel "İki Dünya Bir Dilek" adlı yeni filminin çəkilişləri üçün imicində dəyişiklik edib.
"Unikal" xəbər verir ki, filmdə vəkil "Bilge" obrazını canlandıracaq aktrisa uzun saçlarını kəsdirib. Handenin yeni görünüşü sosual mediada gündəm mövzusu olub.
Maraqla gözlənilən filmdə Handenin partnyoru Metin Akdülgerdir. O, ekran işində "Can" adlı arxeoloqu canlandıracaq. Filmdə Erçel və Akdülgerdən başqa İdil Fırat, Mert Ege Ak, Rami Narin, Eylül Su Sapan, Nazlıcan Demir və Serkan Tınmaz kimi adlar da yer alacaq.