Respublikasının vətəndaşı Mikayıl Aldemir Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter mühəndisliyi” ixtisasında təhsil alır.

"Unikal" xəbər verir ki, Türkiyə-Azərbaycan qardaşlığı, eyni kökə, dilə malik olmağımız onu ölkəmizdə ali təhsil almaq qərarına gətirən amillərdəndir.  

BMU-nu seçmək fikri isə mühəndislik sahəsində keyfiyyətli təhsil verən universitet axtarışları zamanı ortaya çıxıb: “BMU-da “Kompüter mühəndisliyi”ni oxumaq, həm də təhsili ingiliscə almaq imkanları mənim üçün cəlbedici oldu. Çünki təhsili ingiliscə almaq xarici mühitə çıxmaq, üzünü inkişaf etdirməyin əsas yollarından biridir. Bu, gələcəkdə uğurlu karyera deməkdir. Mən də karyeramı belə planlaşdırıram. Bundan başqa, universitet tələbələrə müasir laboratoriyalar, beynəlxalq təcrübəyə malik professor-müəllim heyətinin iştirakı ilə yaxşı tədris, həmçinin müxtəlif layihələrə dəstək imkanları təklif edir. Müəllimlər təkcə dərs prosesində öyrədən deyil, eyni zamanda üzərində işlədiyimiz layihələrdə də bizə yaxından dəstək olurlar”.

Mikayıl Aldemir BMU-nun xarici tələbə mühitindən də olduqca məmnundur: “Burada müxtəlif ölkələrdən gənclər var. Ayrı-ayrı yerlərdən gəlmiş, fərqli  mədəniyyətlərə malik tələbələrlə birlikdə oxumaq, dostluqlar qurmaq çox gözəldir.  Belə bir mühit başqa mədəniyyətlər, dəyərlərlə tanışlıq yaradır. Sevinirəm ki, türk millətinə baxış, yanaşma daha isti münasibətlə ortaya çıxır. Bu atmosferi yaradan universitet rəhbərliyinə, bizi qucaqlayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.