Paytaxtın Nəsimi və Nizami rayonlarında, həmçinin Abşeron rayonunda 5 nəfərə məxsus müxtəlif qiymətlərdə mobil telefonlar oğurlanıb.

DİN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 19 yaşlı B.Qurbanov, 18 yaşlı P.Sadıqov, 21 yaşlı T.Lətifzadə, əvvəllər məhkum olunmuşlar – 42 yaşlı R.Seyidov, 52 yaşlı C.Kərimov və 49 yaşlı T.Fərəcullayev saxlanılıblar.

Binəqədi rayonunda isə bir nəfərə məxsus 400 manat dəyərində planşet oğurlayan 49 yaşlı S.Mursəlova da saxlanılıb.

Araşdırmalar aparılır.