“Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir”.
"Unikal" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
Onun sözlərinə görə, dəmir yolunun Ələtdən Osmanlı (Sabirabad) istiqamətinə olan hissəsində cüt xətli dəmir yolunun yenilənməsi işləri aktiv davam edir:
“Osmanlıdan da Astaraya qədər işlər aparılır. Toplam uzunluq 243 kilometr təşkil edir. Ələt-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir”, - deyə sədrin müşaviri əlavə edib.