ABŞ prezidenti Donald Tramp Ukraynada sülhə nail olmaq üçün Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat dərc edib.
Məqalədə qeyd olunur ki, sanksiyaların yumşaldılması Vaşinqtonun Moskva ilə Ukrayna ilə bağlı danışıqlarında “sövdələşmə aləti” kimi istifadə olunur.
Bundan əlavə, ABŞ-nin kommersiya maraqları da mühüm rol oynayır, çünki dövlət başçısı Donald Tramp iqtisadi perspektivləri Rusiya ilə ABŞ arasında münasibətlərin yenidən qurulmasında görür.
Aprelin 15-də Tramp sələfi Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinin bir il müddətinə uzadılmasını nəzərdə tutan sərəncam imzalayıb.
Gülayə Mecid