Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Ukraynadakı səfiri  Darxan Kaletayevin vəzifəsindən azad edib. 

"Unikal" xəbər verir ki, o, bu  barədə sərəncam imzalayıb. 

Tokayevin digər sərəncamı ilə Qazaxıstanın Ukraynadakı səfiri vəzifəsini Tolejan Barlıbayev icra edəcək. Məlumata görə,  bu vəzifəyə təyin olunmazdan əvvəl o, Qazaxıstanın  Slovakiya, Bosniya və Herseqovina və Xorvatiyadakı diplomatik nümayəndəliklərinə rəhbərlik edib.

Gülayə Mecid