Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Ermitaj"ın Baş Muzey Kompleksinə giriş dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.
Buna səbəb tarixi muzeyin anonim təhdid mesajı almasıdır.
"Binalara giriş müvəqqəti olaraq bağlanıb, sərgi salonları və xidmət sahələrinə baxış keçirilir", - "Ermitaj" nümayəndələri bildiriblər.