Rusiya Federasiyasının Ali Məhkəməsi “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanı dayandırıb və onu terror təşkilatları siyahısından çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Martın 31-də Rusiya Baş Prokurorluğu Ali Məhkəmədən "Taliban" hərəkatının ölkədə fəaliyyətinə qoyulan qadağanı dayandırmağı xahiş edib.