U-17 yeniyetmələr arasında Liqa yarışının I turunda iştirak edəcək cüdoçuların və komandaların sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, birinciliyə 100 klub və idman cəmiyyətindən olan 873 idmançı (693 oğlan, 180 qız) qatılacaq.
Onlar aprelin 21-22-də Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq yarışda ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.