Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk tutduğu vəzifədən azad edilib.

"Unikal" xəbər verir ki, müvafiq sərəncamı bu gün prezident Aleksandr Lukaşenko imzalayıb.

Konyuk 2020-ci ilin noyabrından Belarus Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiridir.