Vaşinqton Rusiya və Ukrayna arasında atəşkəs təklifi ilə bağlı Rusiyanın mövqeyini "bu həftə" eşidəcək.
"Unikal" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib.
"Bu həftə, çox yaxında onlardan xəbər alacağıq. Müharibənin dayandırılmasını istəyirik. Ölümlərin və qətllərin dayandırılmasını istəyirik. Mən bu müharibənin başlamasına görə Zelenskini günahlandırmıram, amma müharibənin başlamasından da məmnun deyiləm. Mən prezident olsaydım, heç vaxt müharibə başlamazdı”, deyə Tramp qeyd edib.