Aprelin 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında bildirib.

"Sergey Lavrov Moskvanın Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmaq məqsədilə amerikalı həmkarları ilə birgə işləməyə davam etməyə hazır olduğunu təsdiqləyib", - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Rubio Lavrova ABŞ nümayəndə heyətinin Kiyev, Paris və bəzi digər Avropa ölkələrinin nümayəndələri ilə təmasları barədə danışıb. Qeyd edilir ki, bu təmaslar Vaşinqton və Moskva arasında məsləhətləşmələr, həmçinin Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə Sankt-Peterburqda bu yaxınlarda keçirilən görüşü çərçivəsində olub.