Birləşmiş Ştatlar bir neçə gün ərzində münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında vasitəçilik etmək cəhdindən vaz keçə bilər.
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Rubio həmçinin bildirib ki, Birləşmiş Ştatlar hazırda Ukrayna üçün təhlükəsizlik təminatları məsələsini açıq şəkildə müzakirə etməyə hazır deyil. Bununla belə, ABŞ dövlət katibi qeyd edib ki, münaqişənin həlli üçün hər görüşdə bu məsələ qaldırılır.
ABŞ rəsmisi onu da bildirib ki, bir neçə gün ərzində yaxın gələcəkdə Ukraynadakı münaqişənin nizamlanmasının mümkün olub-olmadığını anlamaq lazımdır. O əlavə edib ki, Vaşinqton münaqişənin həllinə kömək etməyə hazırdır, ancaq Ukrayna və Rusiya tərəfləri “sülhə ciddi yanaşsalar”.