İran prezidenti Məsud Pezeşkian aprelin 27-də Azərbaycana səfər edəcək.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoazzan Hökumət-Özəl Sektor Dialoq Şurasının iclasında deyib.

Onun sözlərinə görə, prezidenti müşayiət edən nümayəndə heyətinə özəl sektorun nümayəndələri, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, həmçinin İranın dörd şimal-qərb əyalətinin valiləri də daxil olmaqla 120 nəfər daxil olacaq.

 Gülayə Mecid