Karib hövzəsindəki Beliz ölkəsində kiçik bir təyyarəni bıçaqla qaçırmağa cəhd edən ABŞ vətəndaşı sərnişin tərəfindən vurularaq öldürülüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ vətəndaşı Akinyela Taylor bıçaqla "Tropic Air" təyyarəsini qaçırmağa cəhd edib.

Təyyarədə 14 sərnişin və 2 ekipaj üzvü olduğu bildirilib. Bildirilib ki, insident nəticəsində 3 sərnişin bıçaqlanıb. Taylor daha sonra silah vəsiqəsi olan sərnişin tərəfindən vurularaq zərərsizləşdirilib.

Beliz hava limanının rəsmiləri təyyarənin təhlükəsiz eniş etdiyini və yaralıların xəstəxanaya aparıldığını bildiriblər.

Gülayə Mecid