Almaniyada 40 illik rəfiqəsini qazanla öldürən 90 yaşlı nənə həbs edilib.
"Unikal" xəbər verir ki, hadisə Münhendə mətbəx əşyalarını yerləşdirmək üstündə baş verib.
Hər gün birlikdə vaxt keçirən rəfiqələr mətbəxdə mübahisə ediblər. 70 yaşlı mərhum əşyaları yerə tökdüyündən 90 yaşlı əlil rəfiqəsi tərəfindən öldürülüb. 90 yaşlı qadın rəfiqəsini öldürdüyünü polisə 2 gün sonra xəbər verib.
Məhkəmə faciənin dəqiq hansı şəraitdə baş verdiyini hələ müəyyənləşdirməyib.