Xəbər verdiyimiz kimi, aprel ayının 18-də Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində kütləvi zəhərlənmə (51 nəfər) olub.
"Unikal" xəbər verir ki, hadisə ilə bağlı şadlıq sarayının administratoru Baku TV-yə danışıb.
"Həmin gün şadlıq sarayının hər iki zalında tədbir olub, lakin birində zəhərlənmə faktı qeydə alınıb. Bununla bağlı araşdırma gedir. Qidalar Qida Təhlükəsizliyi Agentliyinin sertifikasiyası əsasında şadlıq sarayına daxil olur. Zəhərlənməyə nəyin səbəb olduğu bizə də maraqlıdır", - deyə administrator qeyd edib.
Onun sözlərinə görə, hadisədən bir gün sonra, yəni aprelin 19-da da “Venesiya” şadlıq evində toy mərasimi baş tutub.