Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub.
"Unikal" "Report"a istinadən xəbər verir ki, onlar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Siyahını təqdim edirik:
1. 2004-cü il təvəllüdlü Kərimov Elgün Xankərəm oğlu,
2. 1974-cü il təvəllüdlü Poladova Gülayə Ruhulla qızı,
3. 1987-ci il təvəllüdlü Gözəlova Pərvanə Araz qızı,
4. 1994-cü il təvəllüdlü Zamanova Aytən Adil qızı,
5. 1980-ci il təvəllüdlü Gülüşova Hüsniyyə Sərvər qızı,
6. 1992-cı il təvəllüdlü Aslanova İradə Sahib qızı,
7. 1988-ci il təvəllüdlü Kərimova Şəbnəm Mahir qızı,
8. 1987-ci il təvəllüdlü Süleymanova Səməngül Əvəz qızı,
9. 2003-cü il təvəllüdlü Əlirzayeva Zeynəb Mehman qızı,
10. 1991-cı il təvəllüdlü Rüstəmov Əfqan Həsən oğlu,
11. 1987-cı il təvəllüdlü Sərdarova Nuranə Elmar qızı,
12. 2005-ci il təvəllüdlü İsmayılova Şəhanə Famil qızı,
13.1984-ci il təvəllüdlü Baloğlanova İradə Əzizağa qızı,
14. 2001-ci il təvəllüdlü İsmayılova Pərvanə Cahangir qızı,
15. 1989-cu il təvəllüdlü Məmmədov Novruz Əvəz oğlu,
16. 1988-ci il təvəllüdlü Əhmədova Gövhər Əhməd qızı,
17. 2001-ci il təvəllüdlü Həsənova Nəsibə Ayaz qızı,
18. 1982-ci il təvəllüdlü Həşimova Səbinə Əvəz qızı,
19. 1980-ci il təvəllüdlü Muradova Tərlan İsa qızıdır.
Araşdırmalar aparılır.
*** 17:15
Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə olub.
"Unikal" xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
TƏBİB-dən bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.
Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.