Əfsanəvi argentinalı keçmiş futbolçu Huqo Qatti vəfat edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.
Məlumata görə, əməliyyatdan sonra Qattinin bədəninə daxil olan infeksiya onun ölümünə səbəb olub.
Qeyd edək ki, Qatti Argentina çempionatında keçirilən oyunların sayına görə rekordçudur. O, qapıçı kimi çıxış edib və 26 mövsüm ərzində ölkə çempionatında 765 oyun keçirib. Qatti karyerasının böyük hissəsini "Boka Xuniors"da keçirib. O, üç dəfə Argentina çempionu olub.
Hüuo Argentina millisində də 18 oyun keçirməyi bacarıb. Karyerasından sonra tez-tez mediada ekspert kimi görünürdü.
Ağarza Elçinoğlu