22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

*** 09:20

Gəncədə bir ailənin 5 üzvü qidadan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlar E.Ramazanov (1992), Ş.Ramazanova (1994), R.Ramazanlı (2016), R.Ramazanlı (2017) və Z.Ramazanlıdır (2022). 

Dərhal həmin şəxslərə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Onların qidadan zəhərləndiyi ehtimal olunur.

Fakt araşdırılır.

Tural Əhmədov