Papa Fransisk vəsiyyətinə uyğun olaraq, Müqəddəs Məryəm Papal Bazilikasında dəfn ediləcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, vəsiyyətnamənin mətni 29 iyun 2022-ci il tarixinə aiddir. 

Qeyd olunur ki, o, qəbirin sadə olmasını vəsiyyət edib: "Dünyadakı həyatımın qürubunun yaxınlaşdığını hiss edərək və əbədi həyata canlı ümidlə yalnız dəfn olunduğum yerlə bağlı əziz iradəmi bildirmək istəyirəm. Ona görə də mən xahiş edirəm ki, mənim fanilərim dirilmə gününü gözləyən Müqəddəs Məryəmin Papalıq Bazilikasında dəfn etsinlər

Mən xahiş edirəm ki, yuxarıda adı çəkilən Bazilikasın Pauline kapellası ilə Sforza kapellası arasında mənim üçün məzar hazırlansın. Məzar torpaqda olmalıdır: sadə, heç bir xüsusi dekorasiya olmadan və yalnız bir yazı ilə: Fransisk".

Bundan əlavə, Papa qeyd edib ki, dəfnin hazırlanması xərcləri onun Santa Maria Maggiore Bazilikasına verilməsini əmr etdiyi ianə hesabına qarşılanmalıdır.

Qeyd edək ki, Katolik kilsəsinin rəhbəri dünən 88 yaşında Vatikanda Santa Marta iqamətgahında vəfat edib. 

Ağarza Elçinoğlu