ATƏT-in baş katibi Feridun Sinirlioğlu Gürcüstana səfər edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, aprelin 22-də Gürcüstanın xarici işlər naziri ilə görüş keçiriləcək, bundan sonra Maka Boçorişvili və Feridun Sinirlioğlu mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

ATƏT-in baş katibinin Gürcüstanın icra və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində Feridun Sinirlioğlu işğal xəttinə yaxın yerləşən Odzisi kəndinə də baş çəkəcək, mövcud vəziyyətlə yerindəcə tanış olacaq.

Qeyd edək ki, ATƏT-in baş katibi bundan əvvəl regional səfəri çərçivəsində İrəvana getmişdi. 

Ağarza Elçinoğlu