Adolf Hitlerin qurduğu keçmiş nasist partiyasının bayrağı İsveçin paytaxtı Stokholmda üç rəsmi binada naməlum şəxslər tərəfindən dalğalanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aprelin 20-də Adolf Hitlerin doğum günündə Stokholmun Essingeleden rayonunda magistral yolun girişində naməlum şəxslər tərəfindən üzərində svastika olan üç nasist bayrağı asılıb.

Stokholm Polis İdarəsinin açıqlamasında, hadisə ilə bağlı araşdırma başlatdıqları qeyd olunub. 

İsveçdə belə şeylərin baş verməsi insanlar arasında xaosa səbəb olub. Avropa ölkəsində üzərində siyasi mesajlar olan pankartlara tez-tez rast gəlmək mümkündür. 

Gülayə Mecid