Türkiyəli aktyor Kaan Yıldırımın yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktyor "Maestro" serialında rol alacaq. Onun hansı obrazı canlandıracağı isə açıqlanmayıb.
Qeyd edək ki, layihədə Uğur Yücel, Onur Seyit Yaran, Esra Bilgiç kimi məşhurlar rol alacaq.