16 aprel axşam saat 20:00 radələrində Bakının Maştağa qəsəbəsində 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.

"Unikal" xəbər verir ki, Aygün və Reyhandan 6 gündür xəbər yoxdur. Heç bir kameraya düşməyən qızların evdən çıxanda hansı istiqamətə getdiklərini müşahidə etmək mümkün olmayıb. Onların mobil telefonu yoxdur. 

Qeyd edək ki, Aygün və Reyhan dayı qızı–bibi qızıdırlar.