"Yuventus" Qadın Futbol Komandası İtaliya Liqası çempionluğunu rəqslə qeyd edib.

"Unikal" xəbər verir ki, İtaliya nəhəngi keçirdiyi 18 oyundan 45 xal toplayaraq ən yaxın izləyicisi "İnter"i 7 xal qabaqlayaraq çempion olub.

Çempionluğunu elan edən "Yuventus" Qadın Futbol Komandası rəqs şənliyi ilə azarkeşlərini sevindirib. Görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.