Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən zəlzələ ilə bağlı açıqlama verib və əhaliyə təmkinli olmağı tövsiyə edib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır və hər hansı ciddi təhlükə yoxdur.

"AFAD, Səhiyyə Nazirliyi və digər dövlət qurumları gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Axtarış-xilasetmə işləri aktiv şəkildə davam etdirilir. Hələ ki narahatlıq doğuracaq bir hal müşahidə olunmur", - deyə o əlavə edib

***14:40

İstanbulda 6,2 bal gücündə silsilə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki,  bunun fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama yayıb. 

O, hadisələri yaxından izlədiklərini ifadə edərək, "Vətəndaşlarımıza keçmiş olsun", -  deyib. 

Gülayə Mecid