Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşı David Babayan Bakıdan telefonla ailəsi ilə danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

David Babayan telefon danışığı zamanı ailəsinə hər şeyin yaxşı olduğunu deyib: "Xüsusilə təcridxanada bizimlə çox yaxşı davranırlar. Heç bir problemimiz yoxdur. Bir dəfə də olsun pis söz deməyiblər.

Sağ olun, bizi düşünməyin". 

Ağarza Elçinoğlu