Rəsmi Moskva Böyük Britaniyanın anti-Rusiya siyasəti ilə əlaqədar olaraq 21 britaniyalı parlament üzvünün Rusiyaya girişinə qadağa qoyub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilir.
Rusiya XİN qeyd edib ki, London mümkün qədər Moskvanın milli maraqlarına zərər vurmağa çalışır və bu səbəbdən fərdi sanksiyalar siyahısının genişləndiriləcəyini bəyan edib.
Xatırladaq ki, Rusiya sonuncu dəfə 2024-cü ilin noyabrında Böyük Britaniya vətəndaşlarına qarşı sanksiya tətbiq etmişdi. Həmin vaxt 30 nəfərin Rusiyaya girişi qadağan olunmuşdu.