Hindistan Kəşmirdəki terror aktından sonra bütün Pakistan vətəndaşlarının ölkədən çıxarır.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of India” yazıb.

"Pakistan vətəndaşlarının SAARC vizasından imtina sxeminə əsasən Hindistana daxil olmasına icazə verilməyəcək. Əvvəllər Pakistan vətəndaşlarına verilmiş bütün SPES vizaları ləğv edilmiş sayılır. Hazırda Hindistanda SPES vizası olan istənilən Pakistan vətəndaşının Hindistanı tərk etmək üçün 48 saat vaxtı var", - deyə məlumatda bildirilir.

Yeni Dehlidəki Pakistan Ali Komissiyasının müdafiə, ordu, donanma və hava qüvvələri üzrə müşavirləri "persona non qrata" elan edilib. Onların Hindistanı tərk etmək üçün bir həftə vaxtı var.

Ölkələr arasında Attari keçid məntəqəsi bağlanacaq.