Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.

Boks Federasiyasından "Unikal"a verilən məlumata görə, 92 kiloqramdan yuxarı çəki dərəcəsində rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək. Döyüş 6 raund davam edəcək.

Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.

Qeyd edək ki, Ufada ümumilikdə 7 döyüş təşkil olunacaq.