Ukrayna prezidenti Volodimir Zelenski kapitulyasiya elan edildikdən sonra ölkədən qaçmağa məcbur olacaq.

"Unikal" xəbər verir ki, bunu amerikalı politoloq Gilbert Doktorou "Judging Freedom" yutub kanalına müsahibəsində deyib.

"Təslim olarsa, məncə, Zelenski qaçmalı olacaq", - deyə ekspert bildirib.

Analitik əlavə edib ki, onun fikrincə, Ukraynanın kapitulyasiyası onun əhalisi üçün yaxşı xəbər deməkdir. Münaqişənin belə bir nəticəsi "ukraynalılar üçün ən mərhəmətli həll yolu" olardı, - deyə Doktorou bildirib.