Hindistan bəndlər və kanallar üzərində su axını tənzimləyən dörd şlüz qapısının hamısını bağlayaraq Hind çayından Pakistana su axınını kəsib.
"Unikal" xəbər verir ki, bu barədə "ANI News" xəbər agentliyi məlumat yayıb.
Hadisə 1960-cı ildə ölkələr arasında siyasi gərginlikdən asılı olmayaraq su ehtiyatlarının bölüşdürülməsini nəzərdə tutan Hind-Pakistan Su Müqaviləsi imzalanandan bəri görünməmiş hadisədir.
Pakistan Hindistanın Hind çayından su axınını dəyişdirmək cəhdini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.