Pakistan ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirilən antiterror əməliyyatı zamanı azı 6 terrorçu zərərsizləşdirilib, 4-ü isə yaralanıb.

"Unikal" xbər verir ki, bu barədə “Geo TV” Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinə stinadən xəbər verib.

Məlumata əsasən, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi qadağan olunmuş "Fitnə əl-Xəvaric" qruplaşmasının (keçmiş "Tehrik-i-Taliban Pakistan" kimi tanınan) terrorçuları olub.

Bildirilib ki, qarşıdurma zamanı 6 terrorçu öldürülüb, daha 4-ü yaralanıb.