Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşündə Rusiya tərəfinin Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlayıb. 

"Uittkoffla söhbəti zamanı Vladimir Putin Rusiya tərəfinin heç bir ilkin şərt olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazır olduğunu bir daha bəyan edib", - deyə diplomat qeyd edib. 

Ağarza Elçinoğlu