ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı müharibəni bitirmək istəmədiyini deyib. 

"Unikal" xəbər verir ki, bu barədə o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra "Truth Social" sosial şəbəkəsində paylaşım edib. 

Amerika lideri bildirib ki, Putinin son günlər Ukraynanı atəşə tutmağa əsası yoxdur. Bu baxımdan belə bir şübhə var ki, Kreml rəhbəri müharibəni bitirmək istəmir və ona başqa cür yanaşmaq lazımdır: "Putinin son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yox idi. Bu, məni düşünməyə vadar edir ki, o, bəlkə də müharibəni bitirmək istəmir. Buna başqa cür yanaşmaq - "bankçılıq" və ya "ikinci dərəcəli sanksiyalar lazımdır . Çox sayda insan ölür". 

Ağarza Elçinoğlu