İranın Bəndər Abbas şəhərinin limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkə parlamentinin səhiyyə komissiyasının üzvü Məhəmməd Camalian məlumat verib.

*** 12:01

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İran mediası bildirib.

*** 10:36

İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində yaralananların sayı 1139 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İran hökuməti məlumat yayıb.

Partlayış nəticəsində 18 nəfər ölüb, 6 nəfər itkin düşüb.

XXX

09:00

İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.

Bu barədə "Unikal” “Mehr” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.

Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.