Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir.

"Unikal" xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.
Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Turun mərkəzi görüşü isə Masazırda olacaq. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağı olacaq. Ağdam klubu bu matçda  1 xal qazansa belə, sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirəcək. Çünki hazırda "Qarabağ"ın 76, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var.