"Azərbaycanı özgə hesab etmirik. Burada özümüzü qərib hesab eləmirik".

"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

"Biz keçmişdə ortaq tarixi bölüşmüşük. Ancaq bu gün aramazıda sərhəd var. Biz iki ölkə xalqları olaraq bir-birimizin qəmimizdə şadlığımızda həmişə ortaq olmuşuq. 

Bizdə Azərbaycanla münasibətdə heç bir qəriblik hissi yoxdur. İnşallah Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşümdə bu öz əksini tapacaq",- deyə İran Prezidenti bildirib.