Şimali Koreya qoşunlarının Rusiyanın Kursk vilayətində hərbi əməliyyatlarda iştirakını rəsmən təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) KXDR Fəhlə Partiyasının Mərkəzi Hərbi Komitəsinin bəyanatını dərc edib.
Məlumatda qeyd olunur ki, KXDR bölmələri ölkə lideri Kim Çen Inın göstərişi ilə Şimali Koreya və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqavilənin 4-cü maddəsinə uyğun olaraq göndərilib.
Bəyanatda vurğulanır ki, Şimali Koreya qoşunları “yüksək döyüş ruhu və hərbi şücaət nümayiş etdirərək, kütləvi qəhrəmanlıq, misilsiz cəsarət və fədakarlıq nümayiş etdirərək, Ukrayna neonasist qüvvələrinin məhv edilməsinə və Rusiya Federasiyası ərazisinin azad edilməsinə mühüm töhfə verib”.
Şimali Koreya lideri Kim Çen In Kursk vilayətinin işğaldan azad edilməsi münasibətilə hərbçilərə təbrik göndərib, bölgədə döyüşmüş şimali koreyalıları qəhrəman adlandırıb və onların xatirəsini əbədiləşdirməyə çağırıb. Bildirilib ki, Pxenyanda onların şərəfinə abidə ucaldılacaq.
Gülayə Mecid