Gəncədə minik maşını işıq dirəyinə çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı 1 nəfər ölüb.

Tural Əhmədov