Çinin şimal-şərqində restoranda baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yanğının səbəbi hələ müəyyən edilməyib.
Çin prezidenti Si Cinpin vəziyyəti şərh edərək, yanğının "əhəmiyyətli itkilərə" səbəb olduğunu və ondan alınan dərslərin "son dərəcə ciddi" olduğunu söyləyib.
O, həmçinin zərərçəkənlərə yardımın göstərilməsi və yanğının səbəblərinin araşdırılması üçün hər cür səy göstərməyə çağırıb.