Ermənistan sərhədçisinin ölüm işi ilə bağlı onun xidmət yoldaşı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat yayıb. 

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci - “Döyüş vəzifəsini yerinə yetirərkən ehtiyatsızlıqdan özünü öldürmə həddinə çatdırma” maddəsinin 3-cü bəndinin 2-ci bəndi ilə cinayət işi açılıb.

İddialara görə, çağırışçı sərhədçi Artur Avetisyan ona tapşırılmış pulemyotla özünə atəş açaraq intihar edib. Hadisə aprelin 25-də Sünikdə baş verib.